Premyer Liqanın IV turunun "Keşlə" ilə oyununda zədələnən "Neftçi"nin futbolçusu Sezar Meza Kollinin durumuna aydınlıq gəlib.
Klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin Spotnet.az-a verdiyi məlumata görə, paraqvaylı yarımmüdafiəçinin zədəsi ciddi deyil
Əzələsi dartılan 30 yaşlı oyunçuya 2 günlük istirahət veriləcək. Bundan sonra onun məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, "Neftçi" - "Keşlə" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.