“Yaxşı oynadıq, amma daha da yaxşı oyun nümayiş etdirə bilərik. Komandamıza inanıram. Düzdür, matçın sonu gərgin və riskli idi, amma əsas odur ki, 3 xal qazandıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Sabir Buqrin səfərdə "Sabah" komandasını 2:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının V tur oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Mərakeşli yarımmüdafiəçi hesabın açıldığı epizodda qolun komanda yoldaşı Ramon Maçadonun aktivinə yazılmasını doğru sayıb: "Bu, tam olaraq Ramonun qoludur. Hərdən düşünürəm ki, onun bədənində maqnit var və bütün topları öz üzərinə çəkir. Ona görə çox şadam".
Ötən mövsüm olduğu kimi, yenə də çempion olmaq istədiklərini deyən Buqrinin fikrimcə bunun öhdəsindən gəlmək mümkündür.