İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu UEFA Çempionlar Liqasında ən çox forma geyinmiş futbolçu ünvanını ələ keçirib.
Sportnet.az-ın məlumatına görə, portuqaliyalı hücumçu bu uğura evdə İspaniya "Vilyarreal"ına qarşı qrup matçında meydana çıxmaqla nail olub.
36 yaşlı forvard qitənin ən nüfuzlu klub turnirində ümumilikdə 178 oyun keçirib. O, bu göstərici ilə İspaniya millisinin və "Real Madrid"in sabiq qapıçısı İker Kasilyasın rekordunu (177) yeniləyib.
Qeyd edək ki, "Old Trafford" stadionunda gerçəkləşən "Mançester Yunayted" - "Vilyarreal" matçında ikinci hissə oynanılır və meydan sahibləri hesabda geridədir - 0:1.