Türkiyənin "Fənərbağça" komandası Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin II tur oyununa ciddi itki ilə çıxacaq.
Sportnet.az "TRT Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin ulduz futbolçusu Mesut Özil qarşılaşmanın heyətindən çıxarılıb.
Buna 33 yaşlı yarımmüdafiəçinin qripə yoluxması səbəb olub.
Qeyd edək ki, bu gün oynanılacaq "Fənərbağça" - "Olimpiakos" matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.