Azərbaycan millisinin futbolçusu Mahir Emreli avrokubokların qrup mərhələlərində ilk qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı hücumçu buna "Lester"ə qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda nail olub.
Forvard 31-ci dəqiqəsində fərqlənərək, komandasını hesabda önə keçirib - 1:0.
Qeyd edək ki, hazırda görüşdə ikinci hissə oynanılır. Mahir Emreli 2015-ci ildən 2021-ci ilin yayınadək "Qarabağ"ın formasını geyinib. O, bu müddət ərzində qrup mərhələlərində rəqib qapılarına yol tapa bilməyib.