Fransa polisi PSJ-nin futbolçusu Anxel Di Mariyanın evini qarət etməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb.
Sportnet.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, onlar argentinalı yarımmüdafiəçinin villasından qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunurlar.
Hadisə bu ilin martında baş verib. 33 yaşlı oyunçunun Paris yaxınlığındakı evinə daxil olan cinayətkərlar seyfdən saatlar və 500 000 avrodan çox dəyəri olan qızıl -zinət əşyaları götürüblər.
Hazırda hər üç şübhəlinin saxlanıldığı və ifadə verdikləri bildirilib.