"Neftçi" klubunda icarə əsasında çıxış edən futbolçu Mamadu Kane qışda müqavilə ilə məxsus olduğunu Yunanıstan "Olimpiakos"una qayıda bilər.
Sportnet.az "Sportime" nəşrinə istinadən xəbər verir ki, Afina təmsilçisinin rəhbərliyi 24 yaşlı yarımmüdafiəçini yaxından izləyir və onun oyunundan razıdır.
Ölkə çempionu qvineyalı oyunçu üçün mövsümün sonunu gözləmək niyyətində deyil.
Lakin Yunanıstan klubu afrikalı yarımmüdafiəçini heyətə cəlb etmək üçün digər əcnəbi futbolçulardan biri ilə vidalaşmalıdır.
Qeyd edək ki, Mamadu Kane yay transfer dönəmində "Olimpiakos"la 4 illik müqavilə imzalayıb. O, 2019-cu ildən "Neftçi"də çıxış edir.