Futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, Niderlandın Zeist şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
Joze Alesionun baş məşqçi olduğu kollektiv Gürcüstan, İspaniya və Bosniya və Herseqovina yığmaları ilə birlikdə D qrupunda mübarizə aparacaq.
Final mərhələsinə sonuncu vəsiqənin sahibi noyabrda Belarus və Serbiya yığmaları arasında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.
A qrupu: Niderland, Serbiya / Belarus, Ukrayna, Portuqaliya
B qrupu: Qazaxıstan, İtaliya, Sloveniya, Finlandiya
C qrupu: Rusiya, Polşa, Slovakiya, Xorvatiya
D qrupu: Gürcüstan, İspaniya, Azərbaycan, Bosniya və Herseqovina
Qeyd edək ki, 19 yanvar - 6 fevralda Niderlandda keçiriləcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə baş tutacaq. İndiyədək İspaniya 7, İtaliya 2, Rusiya və Portuqaliya isə hərəyə 1 dəfə Avropa çempionu olub. Gürcüstan, Finlandiya, Slovakiya, Bosniya və Herseqovina isə həlledici mərhələdə debüt edəcəklə
-------------------------------------------
Bu gün futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılacaq.
Sportnet.az-ın məlumatına görə, Zeist şəhərində təşkil olunacaq püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Artıq yığmalar səbətlərə bölünüb. Qruplara hər səbətdən bir komanda düşəcək. Joze Alesionun baş məşqçi olduğu kollektiv püşkatmada 2-ci səbətdə yer alacaq. Yarışa ev sahibliyi edəcək Niderland seçməsi isə avtomatik olaraq A qrupunda 1-ci pillədə qərarlaşacaq.
Azərbaycan və Niderlandla yanaşı, Bosniya və Herseqovina, Xorvatiya, Finlandiya, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna milliləri də final mərhələsində iştirak edəcək. Sonuncu vəsiqənin sahibi isə noyabrda Belarus və Serbiya yığmaları arasında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.
1-ci səbət
İspaniya, Rusiya, Portuqaliya, Qazaxıstan
2-ci səbət
Xorvatiya, Azərbaycan, Serbiya / Belarus, İtaliya
3-cü səbət
Ukrayna, Sloveniya, Bosniya və Herseqovina, Polşa
4-cü səbət
Finlandiya, Slovakiya, Gürcüstan, Niderland
Qeyd edək ki, 19 yanvar - 6 fevralda keçiriləcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə baş tutacaq. İndiyədək İspaniya 7, İtaliya 2, Rusiya və Portuqaliya isə hərəyə 1 dəfə Avropa çempionu olub. Gürcüstan, Finlandiya, Slovakiya, Bosniya və Herseqovina isə həlledici mərhələdə debüt edəcəklər.