
UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun daha 6 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, A qrupunda PSJ Fransada Almaniya "Leyptsiq"ini sınağa çəkib. Görüş Paris təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qollardan ikisini Lionel Messi vurub.
Gecənin ən maraqlı matçlarından biri B qrupunda baş tutub. İngiltərə "Liverpul"u İspaniyada "Atletiko" (Madrid) klubuna 3:2 hesabı ilə qalib gəlib. Madrid təmsilçisi 52-ci dəqiqədə azlıqda qalıb. Antuan Qrizmann birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Qrupun digər oyununda İtaliya "Milan"ı Portuqaliyada "Portu"ya minimal hesabla uduzub.
C qrupunda Niderland "Ayaks"ı evdə Almaniyanın "Borussiya" (Dortmund) klubunu darmadağın edib - 4:0.
D qrupunda turnirin sürpriz komandası olan Moldova "Şerif"i İtaliyada "İnter"lə qarşılaşıb. İlk 2 görüşdə maksimum nəticəyə imza atan Tiraspol təmsilçisi bu dəfə məğlub olub. Digər oyunda İspaniya "Real Madrid"i Ukraynada Donetsk "Şaxtyor"unun qapısından 5 cavabsız top keçirib.
---------------------------------------
UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan 2-si artıq başa çatıb.
A qrupunda İngiltərənin "Mançester Siti" klubu Belçikada "Brügge"ni darmadağın edib - 5:1. "Şəhərlilər"in heyətində qolları Juan Kanselu, Riyad Mahrez (2), Kayl Uoker və Koul lamper vurublar. Meydan sahiblərindən isə Hans Vanaken fərqlənib.
C qrupunda "Beşiktaş" Türkiyədə Portuqaliya "Sportinq"i ilə üz-üzə gəlib. Görüş İstanbul təmsilçisinin 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Qarşılaşmada hesabı 15-ci dəqiqədə Sebastyan Koates açıb. 24-cü dəqiqədə Kayl Larin tarazlığı bərpa etsə də, meydan sahiblərinin sevinci cəmi 3 dəqiqə çəkib. Koates dubl etməklə "Beşiktaş"ı ikinci dəfə meydanın mərkəzinə dəvət edib. 44-cü dəqiqədə penaltidən fərqlənən Pablo Sarabiya 3-cü qolu "qara qartallar"ın qapısından keçirib. Oyunda son nöqtəni isə 89-cu dəqiqədə Paulinyo qoyub.
--------------------------------------
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 4 qrupda ümumilikdə 8 qarşılaşma baş tutacaq.
A qrupunda İngiltərənin "Mançester Siti" klubu Belçikada "Brügge"nin qonağı olacaq. PSJ isə Fransada Almaniya "Leyptsiq"ini sınağa çəkəcək.
Gecənin ən maraqlı matçlarından biri B qrupunda olacaq. İngiltərə "Liverpul"u İspaniyada "Atletiko" (Madrid) ilə münasibətlərinə aydınlıq gətirəcək. Qrupun digər oyununda İtaliya "Milan"ı Portuqaliyada "Portu" ilə qarşılaşacaq.
C qrupunda "Beşiktaş" Türkiyədə Portuqaliya "Sportinq"i ilə üz-üzə gələcək. Hazırda xalı olmayan hər iki komanda qrupda 3 - 4-cü yerləri bölüşdürür. Niderland "Ayaks"ı isə evdə Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə vahid liderlik uğrunda mübarizə aparacaq.
D qrupunda turnirin sürpriz komandası olan Moldova "Şerif"i İtaliyada "İnter"lə qüvvəsini sınayacaq. İlk 2 görüşdə maksimum nəticəyə imza atan Tiraspol təmsilçisi 6 xalla qrupa başçılıq edir. Digər oyunda İspaniya "Real Madrid"i Ukraynada Donetsk "Şaxtyor"unun müqavimətini qırmağa çalışacaq.
Çempionlar Liqası, qrup mərhələsi
III tur
19 oktyabr
A qrupu
20:45. "Brügge" (Belçika) - "Mançester Siti" (İngiltərə) - 1:5
Qollar: Hans Vanaken, 81 - Juan Kanselu, 30, Riyad Mahrez, 43 (penalti), Kayl Uoker, 53, Koul Palmer, 67
23:00. PSJ (Fransa) - "Leyptsiq" (Almaniya) - 3:2
Qollar: Kilian Mbappe, 9, Lionel Messi, 67; 74 (pen.) - Andre Silva, 28, Nordi Mukiele, 57
Xal durumu: PSJ - 7, "Mançester Siti" - 6, "Brügge" - 4, "Leyptsiq" - 0.
B qrupu
23:00. "Portu" (Portuqaliya) - "Milan" (İtaliya) - 1:0
Qol: Luis Dias, 65
23:00. "Atletiko" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) - 2:3
Qollar: Antuan Qrizmann, 20; 34 - Məhəmməd Salah, 8; 78 (pen.), Nabi Keyta, 13
Qırmızı vərəqə: Antuan Qrizmann, 52 ("Atletiko")
Xal durumu: "Liverpul" - 9, "Atletiko" - 4, "Portu" - 4, "Milan" - 0
C qrupu
20:45. "Beşiktaş" (Türkiyə) - "Sportinq" (Portuqaliya) - 1:4
Qollar: Kayl Larin, 24 - Sebastyan Koates, 15; 27, Pablo Sarabia, 44 (penalti), Paulinyo, 89
23:00. "Ayaks" (Niderland) - "Borussiya" (Dortmund, Almaniya) - 4:0
Qollar: Marko Roys, 11 (avtoqol), Deyli Blind, 25, Antoni Santus, 57, Sebastyen Allye, 72
Xal durumu: "Ayaks" - 9, "Borussiya" - 6, "Sportinq" - 3, "Beşiktaş" - 0.
D qrupu
23:00. "İnter" (İtaliya) - "Şerif" (Moldova) - 3:1
Qollar: Edin Ceko, 34, Arturo Vidal, 58, Stefan De Vrey, 67 - Sebastyen Till, 52
23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Real Madrid" (İspaniya) - 0:5
Qollar: Sergey Krivtsov, 38 (avtoqol), Vinisius Junior, 51; 56, Rodriqo, 65, Kərim Benzema, 90+1
Xal durumu: "Şerif" - 6, "Real Madrid" - 6, "İnter" - 4, "Şaxtyor" - 1
Qeyd edək ki, III turun digər 8 qarşılaşması oktyabrın 20-də gerçəkləşəcək.