“Sabah” klubu futbolçusu Petar Şkuletiçlə yollarını ayırıb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, serbiyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 31 yaşlı forvardın şəxsi məsələləri ilə bağlı klubdan ayrılmaq istəyinə müsbət cavab verilib.
Ona xidmətlərinə görə təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, Petar Şkuletiçlə sentyabrın 14-də 2 illik müqavilə bağlanılmışdı.