
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu 5-ci dəfə ata olacaq.
Sportnet.az "Hola" nəşrinə istinadən xəbər verir ki, portuqaliya futbolçunun sevgilisi Corcina Rodriges hamilədir.
Yeni doğulacaq əkizlərin cinsiyyəti hələlik bəlli deyil.
Qeyd edək ki, 36 yaşlı hücumçunun Kriştianu və Mateo adında iki oğlu, həmçinin Eva və Alana adlı iki qızı var.