
Koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsi Gürcüstanın paytaxtı Tbilisidə məşhur futbol şərhçisi Kote Maxaradzenin xatirəsinə həsr edilmiş idman jurnalistləri arasında Beynəlxalq Media Kubokunda anılıb.
Sportnet.az xəbər verir ki, Azərbaycanı İdman Jurnalistləri Federasiyasının (AİJF) yığma komandası B qrupunda Ukrayna (Kiyev) ilə görüşə pankartla çıxıb. Pankartın üzərində Elnur Əşrəfoğlunun fotosu və "We will never forget you" ("Biz səni unutmayacağıq") sözləri yazılıb.
Qeyd edək ki, Azərbaycan komandası B qrupunda Litva və Moldova ilə də üz-üzə gələcək. (Report)