"Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının IX tur matçında zədələnən "Neftçi"nin futbolçusu Ömər Buludovun durumuna aydınlıq gəlib.
Klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin Sportnet.az-a verdiyi məlumata görə, belindən xəsarət alan 23 yaşlı müdafiəçi stadiondan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Allahverdiyevin sözlərinə görə, ilkin müayinədən sonra oyunçuda sınıq aşkarlanmayıb: "Onun hansı müddətə yaşıl meydanlardan kənarda qalacağı sabah dəqiqləşəcək. Yəqin ki, müddət uzun olmaz".
Qeyd edək ki, "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə başa çatmış oyunun 37-ci dəqiqəsində zədələn Buludov İsmayıl Zülfüqarlı ilə əvəzlənib.