“Neftçi” klubunun futbolçusu Mamadu Kane Qvineya milli komandasına dəvət olunub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi noyabrın 12-də Qvineya-Bisau və noyabrın 16-da isə Mərakeşlə dünya çempionatının seçmə oyunlarına çağırılıb.
Qeyd edək ki, Kane Qvineya millisində 8 oyun keçirib, 2 qol vurub.