
Moldova millisinin baş məşqçisi Roberto Bordin istefaya göndərilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə italiyalı mütəxəssis özünün şəxsi instaqram səhifəsində paylaşım edib.
O, yığmadakı fəaliyyətinin başa çatdığını bildirib: "2021-ci il yeni idman və həyat təcrübələrini inkişaf etdirmək baxımından məhsuldar il oldu. Federasiyaya, onun prezidentinə və ətrafımda olan hər kəsə təşəkkür etmək istəyirəm. Moldovada futbolu inkişaf etdirmək üçün bütün strukturların, resursların böyüməsini və inkişafını arzulayıram".
56 yaşlı mütəxəssis bu ilin fevralında Moldova millisinin sükanı arxasına keçmişdi.
Qeyd edək ki, Roberto Bordin 2018-ci ilin iyulundan 2020-ci ilin yanvarınadək "Neftçi"nin baş məşqçisi olub.