
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təlim-məşq toplanışını başa vuran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.
Sportnet.az xəbər verir ki, BƏƏ-nin müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 1:1 hesabı ilə heç-heçə başa çatıb. Yığmanın heyətində Elgün Arazlı fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyun da heç-heçə nəticələnmişdi - 1:1.