"Hellikopter qəzasında həlak olan şəhidlərimizə Allah rəhmət etsin. İki fərqli hissə izlədik. Hesabda geri olsaq da, fasilədən sonra müəyyən dəyişikliklər etdik. Qələbəyə bərabər heç-heçə əldə etdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail”in məşqçisi Vüqar Məmməd səfərdə "Keşlə" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis meydan sahiblərinin ciddi rəqib olduğunu bildirib: "Bir sıra itkilərimiz var idi. Rəqib komandanın futbolçusu Anatole Abanq qırmızı vərəqə aldıqdan sonra təşəbbüsə tam yiyələndik və istəyinizə çatdıq".