"Əks-hücumlara axmaqcasına çıxırdıq. Buna baxmayaraq, penalti qazandıq. Amma istifadə edə bilmədik. Bəzi epizodlarda oyunçularım məsuliyyəti öz üzərinə götürməliydi. Biz isə meydanda intihar etməyi seçdik".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Bazel"in baş məşqçisi Patrik Rahmen evdə "Lozanna" klubu ilə 1:1 hesablı heç-heçə etdikləri İsveçrə Super Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib.
Komandasının çıxışından narazı qalan 52 yaşlı mütəxəssis bu görüşü unutmalı olduqlarını bildirib: "Çünki cümə axşamı günü UEFA Konfrans Liqasında vacib oyuna çıxacağıq. Bizi "Qarabağ"la finala bərabər matçı gözləyir".
Qeyd edək ki, "Qarabağ" dekabrın 9-da keçiriləcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.