"Qarabağ" Azərbaycan millisinin və Ukrayna "Minay"ınln futbolçusu Rüstəm Əhmədzadə ilə anlaşdığını təsdiqləyib.
Klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Sportnet.az-a verilən məlumata görə, artıq 21 yaşlı hücumçunun klubu və özü ilə razılıq əldə olunub.
G.Abbaszadə gənc forvardın yaxın günlərdə Bakıya gələcəyini bildirib: "Tibbi müayinədən uğurla keçəcəyi təqdirdə onunla rəsmi müqavilə imzalanacaq. Sözləşmənin detalları barədə daha sonra açıqlama veriləcək".
Qeyd edək ki, Rüstəm Əhmədzadə 2020-ci ilin iyulundan "Minay"da çıxış edir.