
Azərbaycanda ilin ən yaxşı idman yarışı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu, İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsində jurnalistlər arasında keçirdiyi sorğuya əsasən bəlli olub.
Futbol üzrə 2020-ci Avropa çempionatının Bakıda keçirilmiş 4 oyunu 49 səslə digər yarışları qabaqlayıb. Cüdo üzrə Böyük Dəbilqə turniri və batut gimnastikası üzrə dünya çempionatı 2 xalla 2 - 3-cü yerləri bölüşdürür. Bədii gimnastika üzrə Dünya Kuboku və "Formula - 1" üzrə Azərbaycan Qran-prisi 1 səs toplayıb.
Qeyd edək ki, "İlin Qalibləri-2021" layihəsinin baş sponsoru "Azfar Group", sponsoru Azərbaycanın ilk idman geyimi brendi "Il`Azero", informasiya dəstəkçisi "Report", təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionudur.