İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Mikel Arteta koronavirusa yoluxub.
Sportnet.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı ispaniyalı mütəxəssis karantinə alınıb. O, evdə "Mançester Siti"yə qarşı keçirəcəkləri Premyer Liqanın XX tur matçında texniki zonada yer almayacaq.
Qarşılaşma 2022-ci il yanvarın 1-də "Emireyts" stadionunda oynanılacaq.