Gürcüstanda 2021-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu ada ardıcıl 2-ci dəfə Rusiyanın "Rubin" klubunun hücumameylli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya layiq görülüb.
20 yaşlı vinger ölkəsində ötən ilin də ən yaxşısı seçilib.
Qeyd edək ki, Gürcüstan millisinin də formasını geyinən Xviça Kvaratsxeliya Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur