19 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusu Emre Kaplan Türkiyədə klubunu dəyişib.
Sportnet.az xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisi "Başakşehir"dən "Hatayspor"a keçib. Gənc oyunçu qarşıdakı 1,5 ili icarə əsasında Hatay təmsilçisində keçirəcək.
Qeyd edək ki, Emre Kaplan Azərbaycanın U-19 və U-21 millisində 3 rəsmi oyunda iştirak edib.