
"Yaxşı meydanda əla rəqibə qarşı gərgin oyun keçirdik".
Sportnet.az-ın məlumtına görə, bunu Macarıstanın "Peç" komandasının baş məşqçisi Laslo Vaş Türkiyənin Antalya şəhərində "Zirə"yə 5:3 hesabı ilə qalib gəldikləri yoxlama matçı barədə danışarkən deyib.
51 yaşlı mütəxəssis bildirib ki, bu oyunda əsas diqqət yüklənməyə yönəlib: "Bəzi məqamlarda mübarizənin gərgin keçməsinə baxmayaraq, meydanı zədəsiz tərk etdik. Hazırlığın bu mərhələsində azərbaycanlılara qarşı görüşdə məqsədimizə tam nail olduq. Matçda müsbət məqamlar olsa da, yaxşılaşdırılması lazım olan tərəflər da var. Ümumiyyətlə, futbolçuların oyuna yanaşması və nəticə məni qane etdi".
Qeyd edək ki, "Zirə" Antalayada daha 2 yoxlama görüşü keçirəcək. "Qartallar" yanvarın 20-də “Qurnik” (Leçna, Polşa), yanvarın 24-də isə “Breqalnitsa” (Şimali Makedoniya) ilə qarşılaşacaq.