Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, Joze Alesio da Silvanın baş məşqçi olduğu kollektiv Belçika yığmasının qonağı olub.
Borqlon şəhərində oynanılan qarşılaşma meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan milli komandasının heyətində qolları 17-ci dəqiqədə Vassura, 31-ci dəqiqədə Everton Kardoso və 37-ci dəqiqədə Tyaqo Bolinya vurublar.
Yüngül zədəsi olan İsa Atayev oyunda iştirak etməyib.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.