
"Qarabağ"ın futbolçusu Qaspar Panadero Kiprin AEK (Larnaka) komandasına keçib.
Ağdam təmsilçisinin Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, 24 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək icarəyə verilib.
Qeyd edək ki, "Qarabağ"a ötən yay transfer olunmuş 24 yaşlı yarımmüdafiəçi bu mövsüm cəmi 4 oyunda meydana çıxıb. O, sonuncu dəfə 2021-ci il oktyabrın 3-də "Qəbələ"yə qarşı forma geyinib.