
"Media ilə bağlı gözəl planımız var, lakin indidən açıqlamaq istəməzdik. Çünki minimum bir nəfər - Firuz Abdulla küsəcək".
Sportnet.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.
Milli assosiasiya rəsmisi bildirib ki, Media Komitəsi adlı layihələrinmin icrasında müəyyən səhvlər buraxılıb: "İki il əvvəl Gənclər və İdman Nazirliyi yeni qurum yaratdı. Biz də fikirləşdik ki, nazirlik olan yerdə biz iştirak etməyək. Bundan sonra layihələrimiz fərdi qaydada davam edəcək. Bir həmkarımızı - Elnur Əşrəfoğlunu itirdik. Elnur Əşrəfoğlu yaxşı insan idi, öz peşəsini bilirdi".