
Fevralın 8-də Azərbaycan Premyer Liqasının XV turunda üz-üzə gələcək "Sabah" və "Qəbələ" komandaları tarixdə 18-ci matça çıxacaqlar.
Sportnet.az xəbər verir ki, əvvəlki oyunlarda üstünlük “Qəbələ”nin tərəfindədir. 9 dəfə rəqibini məğlub edən “qırmızı-qaralar” 2 dəfə heç-heçə edib və 6 görüşdə uduzub. İndiyədək rəqib qapısına 22 qol vuran əyalət komandası 19 top buraxıb. Ülvi İsgəndərov, Davit Volkov, Klesio Bauk və Nikolas Raysel daha çox - hərəyə 3 qol vurublar.
İndiyədək keçirilən 17 matçdan 13-ü çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 5 qələbə və 2 heç-heçəsi olan “Qəbələ” 6 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi bakılıların xeyrinədir – 14:17.
“Qəbələ” səfərdəki 9 görüşdə 5 dəfə qaib gəlib. Digər 4 matçda meydan sahibləri qələbə qazanıb. Bu oyunlarda top fərqində bərabərlikdir – 10-10.
Qeyd edək ki, “Sabah” - “Qəbələ” oyunu saat 17:00-da başlayacaq.