"Rəqib ikinci hissədə aqressivləşdi".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra deyib.
42 yaşlı mütəxəssis "gənclik şəhəri" təmsilçisinin yaxşı komanda olduğunu bildirib: "Bizi ağır oyun gözlədiyini bilirdik. "Oyunumuzdan razı qaldım. İlk hissədə meydançada istədiyimizi göstərməyə çalışdıq. Hesab müdafiə olunmağı tələb edirdi. 5 gündən bir oyun keçiririk. Ağır qrafikdir. İnanıram ki, qarşıdakı görüşlərdə daha yaxşı futbol sərgiləyəcəyik".
Onun sözlərinə görə, heç vaxt komandadan qapanmaq və ya hesabı qorumaq tələb olunur: "Müdafiə olunanda da hücumu düşünürük. "Sumqayıt"ı da dəyərləndirmək lazımdır. Daim təzyiq göstərirdi".
Baxşıyev yarımfinaldakı rəqibləri olan "Qarabağ"dan da söz açıb: "Onların reklama ehtiyacı yoxdur. Rəqibin gücünü bilirik. Amma komandama inanıram. Onlara qarşı yaxşı oyun göstərə bilərik. Yarımfinaldayıqsa, nəticə baxımından nikbinlik olmalıdır".