Azərbaycan Premyer Liqasında XVI turun "Qəbələ" - "Səbail" matçı iki komanda arasında 20-ci duel kimi əlamətdar olacaq.
Sportnet.az-ın məlumatına görə, əvvəlki 19 oyunda üstünlük “qırmızı-qaralar”ın tərəfindədir. 10 qələbəsi olan əyalət komandası 5 görüşdən sülhlə ayrılıb. "Qəbələ" 4 matçda uduzub. Bu üstünlük top fərqində əksini tapıb – 36:18.
Baqali Dabo “Səbail”ə qarşı görüşlərdə hamıdan çox - 6 qola imza atıb.
“Qırmızı-qaralar” paytaxt təmsilçisi ilə 17 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 8 qələbə qazanan əyalət komandası 5 dəfə bir xalla kifayətlənib. Digər 4 oyunda “Səbail” qalib gəlib. 31 qol vuran “Qəbələ” 16 top buraxıb.
“Qəbələ” 10-cu dəfə “Səbail”lə öz meydanında üz-üzə gələcək. İndiyədək komanda evdəki 9 görüşdə uduzmayıb. 6 qələbəsi olan "qırmızı-qaralar" 3 dəfə heç-heçə edib. Meydan sahiblərinin 20 qol vurduğu görüşlərdə qonaqlar 5 dəfə fərqlənib. Əyalət təmsilçisi ev oyunlarını qolsuz tərk etməyib.
Qeyd edək ki, fevralın 19-da Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 15:00-da başlayacaq.