
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün yeganə matçında "Zirə" "Sabah"ı qəbul edib.
Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Qartallar"ın heyətində hər iki qolu Hamidu Keyta vurub. Fransalı hücumçu 63-cü və əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə fərqlənib.
Bu nəticədən sonra xallarını 28-ə çatdıran "Zirə" yenidən 3-cü pilləyə yüksəlib. 20 xalı olan "Sabah" isə 5-ci sırada qalıb.
Qeyd edək ki, XVI turun əvvəlki matçlarında "Qəbələ" evdə "Səbail'i 2:0, "Neftçi" isə "Keşlə"ni 3:1 hesabı ilə yenib. Turun “Qarabağ” – “Sumqayıt” görüşü mayın 12-nə təxirə salınıb.
----------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, "Zirə" "Sabah"ı qəbul edəcək.
Hazırda Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv 25 xalla 4-cü pillədədir. Mudar Musayevin rəhbərlik etdiyi komanda isə 20 xalla 5-ci yerdə gedir.
"Zirə" qələbə qazanacağı təqdirdə, yenidən 3-cü pilləyə yüksələcək. "Sabah" isə aradakı fərqi azaltmaq üçün mütləq qalib gəlməlidir.
Komandalar indiyədək Premyer Liqada 13 dəfə üz-üzə gəliblər. Əvvəlki 12 görüşün 3-də "qartallar", 5-də isə "Sabah" meydanı 3 xalla tərk edib.
Qonaqlar son 4 matçda qələbə qazanıb. Bu oyunlarda hər iki komanda qol vurub.
Azərbaycan Premyer Liqası
XVI tur
20 fevral
17:00. “Zirə” – “Sabah” - 2:0
Qollar: Hamidu Keyta, 63; 90+3
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, XVI turun əvvəlki matçlarında "Qəbələ" evdə "Səbail'i 2:0, "Neftçi" isə "Keşlə"ni 3:1 hesabı ilə yenib. Turun “Qarabağ” – “Sumqayıt” görüşü mayın 12-nə təxirə salınıb.