"Sevilya" ilə oyunda Mahir Emrelinin rəqabət aparmaq üçün formada olmadığı göründü".
Sportnet.az xəbər verir ki, bunu "Dinamo" (Zaqreb) komandasının baş məşqçisi Jelko Kopiç Xorvatiyada İspaniya "Sevilya"sına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis 25 yaşlı hücumçunun uzun müddət məşq etmədiyini və komandaya gec qoşulduğunu xatırladıb: "Onun gəlişi də gecikdi. Hücumçunu yavaş-yavaş mümkün olan ən yaxşı vəziyyətə gətirəcəyik. İnanırıq ki, tez zamanda bizə meydanda nəsə qazandırmağı bacaracaq".
Qeyd edək ki, fevralın 24-də keçiriləcək "Dinamo" - "Sevilya" matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Komandalar arasındakı ilk görüşdə Zaqreb təmsilçisi 1:3 hesabı ilə uduzub.