
"Kəpəz"in zədəli futbolçusu Cavid İmamverdiyev əməliyyat olunub.
Sportnet.az xəbər verir ki, yarımmüdafiəçi Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzdə cərrah masasına uzanıb.
İmamverdiyev sağ diz oynağında menisk yırtığından əziyyət çəkir, bu səbəbdən məşqlərdə iştirak edə bilmirdi.