Qazaxıstanın "Turan" klubu Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Emil Balayevlə müqavilə bağlayacaq.
Sportnet.az-ın "meta-ratings.kz" nəşrinə istinadən məlumatına görə, klub 27 yaşlı qolkiperlə razılığa gəlib. Yaxın vaxtlarda Balayev yeni komandasına Şımkentdə qoşulacaq.
O, "Turan"ın hazırkı baş məşqçisi Vladimir Qazzayevlə birgə 2019-cu ildə "Tobol"da çalışıb. Komandanın köməkçi-məşqçisi isə Azərbaycan millisinin sabiq hücumçusu Vaqif Cavadovdur.
Qeyd edək ki, Emil Balayev "Neftçi", "Səbail", "Zirə" və Almaniya "Ayntraxt"ında da forma geyinib.