"Azərbaycandakı həkimlərə MRT nəticələrini göndərdik, amma heç biri əməliyyatı qəbul etmədi".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin Türkiyənin Kayseri şəhərində əməliyyat olunan qapıçısı Aqil Məmmədov yerli mətbuata açıqlamasında deyib.
33 yaşlı qolkiper cərrahi müdaxiləyədək dizinin çox pis durumda olduğunu bildirib: "Burada Sinan Karaoğlu bütün məsuliyyəti öz üzərinə götürdü və mənə kömək etdilər. Artıq 3 gün keçib və ayağa qalxa bilirəm. Ümid edirəm ki, həkimin və onun komandasının sayəsində yaşıl meydanlara daha tez qayıdacağam".
Qeyd edək ki, Aqil Məmmədov fevralın 24-də əməliyyat olunub.