"Qarabağ" klubu dünya reytinqində irəliləyib.
Sportnet.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" 300 klubun yer aldığı siyahıda 129 xalla 108-ci pillədə qərarlaşıb.
Komanda ötən ayla müqayisədə 54 pillə irəliləyib.
Siyahının genişləndirilməsi nəticəsində "Neftçi" də "300-lüy"ə daxil olub. Hazırda "ağ-qaralar" 81,5 xalla 236-cıdır.
Siyahıya 310 xalla İngiltərənin "Çelsi" (310) klubu başçılıq edir. Braziliya "Palmeyras"ı (286) ikinci, "Atletiko Mineyro" (285) isə üçüncüdür.
Qeyd edək ki, IFFHS-in reytinq siyahısında əvvəllər 200 klub yer alıb.