Futbol üzrə Gürcüstan millisinin Bosniya və Herseqovina və Albaniya ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
Sportnet.az Gürcüstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Villi Sanyol 23 futbolçuya dəvət göndərib.
Onların arasında "Zirə"nin hücumçusu Davit Volkov da var. Hazırda 10 qolla Azərbaycan Premyer Liqasının bombardiri olan 27 yaşlı forvard ikinci dəfədir milliyə çağırılır.
Qeyd edək ki, Gürcüstan seçməsi martın 25-də Bosniya və Herseqovina, 4 gün sonra isə Albaniya ilə qarşılaşacaq.