"Qarabağ"ın futbolçusu Abdullah Zubirin qardaşı Tarek Zubir I Divizionda çıxış edən "Zaqatala" klubuna transfer olub.
Sportnet.az-ın məlumatına görə, bu barədə 27 yaşlı hücumçu özünün instaqram səhifəsində paylaşım edib.
Təcrübəli forvard ona göstərilən etimada görə aşağı dəstə təmsilçisinə təşəkkürünü bildirib.
Qeyd edək ki, bunadək futzalla məşğul olan Tarek Zubirin son klubu Gürcüstan "Rustavi"si olub.