19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, Ağatahir Əzimovun başçılıq etdiyi kollektiv 7-ci qrupdakı ilk oyununda Xorvatiyanın müvafiq yaş qrupu üzrə yığması ilə qarşılaşıb.
Xorvatiyanın Karlovats şəhərində keçirilən görüş meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində yeganə qolu 25-ci dəqiqədə Nazim Rəhimov vurub.
Yığma qrupdakı ikinci sınağında Latviya ilə üz-üzə gələcək. Martın 18-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, bu qrupda Belarus yığması da yer alırdı. Lakin komanda hava məkanı bağlı olduğuna görə Xorvatiyaya uça bilməyib.