
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.
Sportnet.azın məlumatına görə, turun sonuncu oyununda "Zirə" "Qarabağ"ı qəbul edib.
Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin ilk qolunu 10-cu dəqiqədə Ramil Şeydayev vurub.
47-ci dəqiqədə Kadi Borges ikinci dəfə meydan sahiblərini məyus edib. "Zirə"nin qapıçısı Mehdi Cənnətov penaltini dəf etsə də, 26 yaşlı braziliyalı yarımmüdafiəçi qayıdan topu qapıdan keçirib. Borges 64-cü dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
Bu nəticədən sonra xallarının sayını 46-a çatdıran "Qarabağ" liderliyini daha da möhkəmləndirib. "Qartallar" isə 35 xalla üçüncü sıradadır.
Qeyd edək ki, günün ilk matçında "Sabah" evdə "Səbail"i minimal hesabla yenib - 1:0. Turun ilk oyun günündə "Keşlə" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib, "Neftçi" isə "Qəbələ"yə qalib gəlib - 4:0.
----------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
Sportnet.az məlumatına görə, günün ilk matçında "Sabah" "Səbail"i qəbul edib.
“Bank Respublika Arena”dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın yeganə qolunu 61-ci dəqiqədə Kristian Sebalyos vurub.
Bu nəticədən sonra xallarının sayını 26-a çatdıran "Sabah" 5-ci pillədə qərarlaşıb. Sonuncu - 8-ci yerdəki "dənizçilər"in 11 xalı var.
Qeyd edək ki, günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edəcək. Turun ilk oyun günündə "Keşlə" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib, "Neftçi" isə "Qəbələ"yə qalib gəlib - 4:0.
----------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında 23 xalla 5-ci pillədə qərarlaşan "Sabah" 11 xalla autsayder olan "Səbail"i qəbul edəcək. "Bank Respublika Arena"dakı görüşün baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.
Komandalar indiyədək ölkə çempionatında 13 dəfə üz-üzə gəliblər. Bu matçlarda hər iki kollektiv 5 qələbə qazanıb. 3 qarşılaşma heç-heçə başa çatıb. Topların nisbətində isə meydan sahiblərinin üstünlüyü var - 15:13
Son üç oyunda meydan sahibi olan komanda qol vurmayıb. Son 4 qarşılaşmada qol vuran komanda uduzmayıb.
Tura "Zirə" - "Qarabağ" oyunu ilə yekun vurulacaq. Rəqibindən 1 oyun az keçirən "köhlən atlar" hazırda 43 xalla turnir cədvəlinə başçılıq edir. 35 xalı olan "Zirə" isə 3-cü sırada yer alıb. Zirə İdman Kompleksinin stadionundakı matçı Rauf Cabarov idarə edəcək.
Bunadək baş tutmuş 25 görüşün 17-si Ağdam klubunun xeyrinə başa çatıb. 8 oyunda qalib müəyyənləşməyib. "Qartallar" indiyədək qələbə qazanmayıb. Paytaxt təmsilçisi "Qarabağ"ın vurduğu 52 qola cəmi 12 topla cavab verib. Son dörd matçın hərəsində iki qol vurulub.
Azərbaycan Premyer Liqası
XX tur
19 mart (şənbə)
16:45. “Sabah” – “Səbail” - 1:0
Qol: Kristian Sebalyos, 61
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bank Respublika Arena”.
19:00. “Zirə” – “Qarabağ” - 0:3
Qol: Ramil Şeydayev, 10. Kadi Borges, 47. 64
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, turun ilk oyun günündə "Keşlə" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib, "Neftçi" isə "Qəbələ"yə qalib gəlib - 3:0.