
İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Ralf Ranqnik Avstriya millisinin sükanı arxasına keçməyə yaxındır.
Sportnet.az-ın "Kurier" nəşrinə istinadən məlumatına görə, almaniyalı mütəxəssis yığmaya rəhbərlik etməyə öz razılığını verib.
Avstriya Futbol Federasiyasının prezidenti Gerhard Milletiçin aprelin 29-da Ranqnikin namizədliyini qurumun rəyasət heyətinə təqdim edəcək. Bundan sonra 64 yaşlı baş məşqçinin təyinatı açıqlana bilər.
Qeyd edək ki, Ralf Ranqnik 2021-ci ilin dekabrından "Mançester Yunayted"ə başçılıq edir.