
İtaliya "Yuventus"u komandanın 2022/2023 mövsümü üçün ev oyunları formasını təqdim edib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yeni futbolka ağ-qara rənglərdə işlənilib. Lakin indi şaquli qara zolaqlar üçgünc formadadır. Titul sponsoru "Jeep"in emblemində isə ildırım əlamətləri əks olunub.
Qeyd edək ki, "Yuventus" bu forma ilə ilk matçını mayın 16-da "Latsio"ya qarşı keçirəcək.