Türkiyənin "Beşiktaş" klubunun hazırkı prezidenti Ahmet Nur Çebi növbəti seçkilər üçün namizədliyini irəli sürüb.
Sportnet.az-ın məlumatına görə, 63 yaşlı funksioner bu barədə mətbuat konfransında açıqlama verib.
Nur Çebi klub prezidentliyi uğrunda mübarizəyə qatılacağını rəsmən açıqlayıb.
Qeyd edək ki, mayın 22-də gerçəkləşəcək seçkidə Fuat Çimen də namizəd olub.