"Azərbaycan yığması oyun strukturu olan yaxşı komandadır. Onlar futbolun necə oynanıldığını bilirlər və topa sahib olmağı sevirlər".
Sportnet.az-ın məlumatına görə, bunu Belarus millisinin futbolçusu Ruslan Yudenkov Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.
35 yaşlı müdafiəçi əhval-ruhiyyələrinin o qədər də yüksək olmadığını söyləyib: "Çünki 7-10 xala sahib deyilik. Belə olsaydı, indi əhvalımız daha yaxşı idi. Sabah bizim üçün ən vacib oyundur".
Qeyd edək ki, iyunun 13-də keçiriləcək Azərbaycan - Belarus matçı saat 20:00-da başlayacaq.