
Seneqal millisinin futbolçusu Sadio Manenin Almaniya "Bavariya"sında alacağı məbləğ müəyyənləşib.
Sportnet.az-ın "Bild"ə istinadən məlumatına görə, Münhen təmsilçisi 30 yaşlı yarımmüdafiəçiyə ildə 20 milyon avro ödəyəcək. Bura vergi ödənişləri daxil deyil. Bununla da Mane "Bavariya"nın ən yüksək ödənişli futbolçularından birinə çevrilib.
Daha əvvəl təcrübəli oyunçunun İngiltərə "Liverpul"unu əmək haqqının az olması üzündən tərk etdiyi bildirilib. Lakin onun agenti bu məlumatı təkzib edib.
"Bavariya" Mane ilə 2025-ci ilədək müqavilə bağlayıb.