
İngiltərənin "Tottenhem" klubu yeni transferini gerçəkləşdirib.
Sportnet.az xəbər verir ki, London təmsilçisi son olaraq "Everton"da çıxış edən braziliyalı Rişalisonun keçidini açıqlayıb.
"Tottenhem" Braziliya millisinin üzvü üçün qarşı tərəfə təxminən 70 milyon avro ödəyəcək.
Qeyd edək ki, 25 yaşlı hücumçu ötən mövsüm "Everton"da 33 oyuna çıxıb, 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.