Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" ilk yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Türkiyə Super Liqasında çıxış edən "Qaziantep"lə üz-üzə gəlib. Qarşılaşma "qırmızı-qaralar"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Azərbaycan təmsilçisindən yeganə qolu 70-ci dəqiqədə Ülvi İsgəndərli vurub. Rəqibdən isə Papi Ciloboci və Aleksandru Maksim fərqləniblər.
Qeyd edək ki, "Qəbələ" iyulun 12-də Rumıniyanın “Çiksereda” klubu ilə də qarşılaşacaq.
-------------------------------------------
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" bu gün ilk yoxlama oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Türkiyə Super Liqasında çıxış edən “Qaziantep”lə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
5 iyul
"Qəbələ" - "Qaziantep" - 1:2
Qol: Ülvi İsgəndərov, 70
Qeyd edək ki, "Qəbələ" iyulun 12-də Rumıniyanın “Çiksereda” klubu ilə də qarşılaşacaq.