
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" ikinci yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Türkiyə 1-ci Liqasında çıxış edən "Eyüpspor"la üz-üzə gəlib.
Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, "Zirə" ilk yoxlama matçında Rumıniyanın "Hermanştadt" klubuna 1:2 hesabı ilə uduzub.
------------------------------------------
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" bu gün ikinci yoxlama oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Türkiyə 1-ci Liqasında çıxış edən "Eyüpspor"la üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Zirə" ilk yoxlama matçında Rumıniyanın "Hermanştadt" klubuna 1:2 hesabı ilə uduzub.
Yoxlama oyunu
6 iyul
16:45. “Zirə” – “Eyüpspor” (Türkiyə) - 0:0