UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə 10 cüt müəyyənləşib.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası Şimali Makedoniya "Şkupi"sini mübarizədən kənarlaşdırsa, "Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası, III təsnifat mərhələsi
Çempionlar Yolu
"Makkabi" (Hayfa, İsrail) / "Olimpiakos" (Yunanıstan) - "Apollon" (Limassol, Kipr)
"Qarabağ" (Azərbaycan) / "Sürix" (İsveçrə) - "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya)
"Lüdoqorets" (Bolqarıstan) / "Şemrok Rovers" (İrlandiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) / "Şkupi" (Şimali Makedoniya)
"Maribor" (Sloveniya) / "Şerif" (Moldova) cütünün qalibi - HİK (Finlandiya) / "Viktoriya" (Plzen, Çexiya)
"Linfild" (Şimali İrlandiya) / "Budyo Qlimt" (Norveç) - "Jalgiris" (Litva) / "Malmö" (İsveç)
"Srvena Zvezda" (Serbiya) - "Pünik" (Ermənistan) / "Düdelanj" (Lüksemburq)
Liqa yolu
"Monako" - PSV (Niderland)
"Dinamo" (Kiyev, Ukrayna) / "Fənərbağça" (Türkiyə) - "Şturm" (Qrats, Avstriya)
"Yunion" (Belçika) - "Reyncers" (Şotlandiya)
"Benfika" (Portuqaliya) - "Midtüllann" (Danimarka) / AEK (Larnaka, Kipr)
Qeyd edək ki, bu raundda ilk görüşlər 2-3 avqustda, cavab qarşılaşmaları isə avqustun 9-da olacaq.