
"Zimbru" klubunun futboluçusu Donni van İperen "Dinamo-Avto" ilə Moldova Superliqasının II tur oyununda ciddi zədə alıb.
Sportnet.az xəbər verir ki, 27 yaşlı müdafiəçi 11-ci dəqiqədə rəqibin qapıçısı ilə toqquşub və yerə yıxılaraq huşunu itirib. Həkimlər onun həyatını xilas etmək üçün dərhal meydana qaçıblar.
Xəstəxanaya yerləşdirilən oyunçu hələlik özünə gəlməsə də, həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər.